25 dekabr 2023 at 21:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85333439
T T
0 Persons

Tags

Prezident: Sionist rejim bu cinayətin bədəlini mütləq ödəyəcək

25 dekabr 2023 at 21:54
Xəbər kodu: 85333439
Prezident: Sionist rejim bu cinayətin bədəlini mütləq ödəyəcək

Tehran - İRNA - Prezident, cinayətkar sionist rejimin Dəməşqə raket hücumu nəticəsində sərdar Seyid Rəzi Musəvinin şəhid olması ilə bağlı başsağlığı verib və vurğulayıb: “Şübhəsiz ki, bu hərəkət qəsbkar sionist rejimin regionda məyusluğu, acizliyi və çarəsizliyinin növbəti əlamətidir və bu cinayətin bədəlini mütləq ödəyəcək.”

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi axşam saatlarında cinayətkar sionist rejimin Dəməşqə raket hücumu nəticəsində sərdar Seyid Rəzi Musəvinin şəhid olması ilə bağlı İran xalqını və onun İslam İnqilabı Keşikçiləri Korpusunda səngər yoldaşlarını təbrik edib və başsağlığı verib.

Prezident vurğulayıb: “Şəhid Hacı Qasım Süleymaninin yoldaşlarından olan bu cəsur və şücaətli general İslam müqaviməti cəbhəsinin müşaviri kimi Suriyada Əhli-beyt hərəminin müdafiəsi və İslamın uca ideallarının mühafizəsi uğrunda şəhid oldu və əbədi bir ad qoydu.”

Prezident əlavə edib: “Şübhəsiz ki, bu hərəkət qəsbkar sionist rejimin regionda məyusluğu, acizliyi və çarəsizliyinin növbəti əlamətidir və bu cinayətin bədəlini mütləq ödəyəcək.”


 

0 Persons

Sizin rəyiniz

You are replying to: .